İNZİBATİ-ƏRAZİ QURULUŞU

sosial-siyasi təlabatdan irəli gələn, vahid dövlət daxilində, mərkəzi və yerli idarəetməni asanlaşdırmaq məqsədi ilə dövlət ərazilərinin müəyyən hissələrə (vilayətlərə, quberniyalara, ştatlara, rayonlara və s.) bölüşdürülməsidir. Yerli dövlət orqanları sistemi və özünüidarəetmə orqanları həmin inzibati-ərazi vahidlərində yaradılır və fəaliyyət göstərir. Dövlət ərazisini inzibati-ərazi vahidlərinə bölüşdürülməsi tarixi, coğrafi, iqtisadi, etnik tərkib amilləri ilə əlaqələndirilir.
İNTİZAM MƏSULİYYƏTİ
İSLAHAT
OBASTAN VİKİ
İnzibati-ərazi bölgüsü
İnzibati-ərazi bölgüsü — unitar dövlətin ərazisinin təbii, siyasi, iqtisadi, etnik, milli və digər amillərə görə yerli hakimiyyət orqanları sisteminin qurulduğu hissələrə, yəni inzibati-ərazi vahidlərinə bölünməsi. İnzibati-ərazi bölgüsü federal dövlətlərin subyektlərinə də xasdır, çünki sonuncular, bir qayda olaraq, unitar qurumlardır. Unitar dövlətlərdən fərqli olaraq federasiyaların ərazi quruluşu federativ quruluşla xarakterizə olunur. İnzibati-ərazi bölgüsü dövlət ərazisinin vilayətlərə, rayonlara, distriktlərə, əyalətlərə, idarələrə və s. bölünməsini təmin edir.
İnzibati-ərazi vahidi
İnzibati-ərazi vahidi — dövlət müstəqilliyi olmayan dövlətin inzibati-ərazi bölgüsünün struktur elementi. Fərqli dövlətlərdə fərqli dövrlərdə müxtəlif inzibati-ərazi vahidi adları mövcud idi. Mövcud olan sosial- iqtisadi münasibətlərin dəyişməsi ilə birgə dövlətin inzibati ərazi quruluşu da dəyişmişdir. Hakimiyyətə gələn sinif özünə xas olan dövlət quruluşunu və ona uyğun inzibati ərazi bölgüsünü yaratmışdır. Azərbaycanda ictimai quruluş dövlətlər, əmirliklər, bəylərbəyiklər, xanlıqlar, sultanlıqlar, vilayətlər, əyalətlər, quberniyalar, qəzalar, dairələr, mahallar və rayonlardan ibarət olmaqla bir neçə dəfə köklü surətdə dəyişmişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində bir çox xırda xanlıqlar və sultanlıqlar digərləri ilə birləşmişdi. Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda aparılan rəqabət nəticəsində 1801-1828-ci illər ərzində Azərbaycan bir sıra imperiyaların təcavüzlərinə məruz qalmışdır. 1801-1804-cü illərdə Gəncə, Qarabağ, Şəki və Şirvan xanlıqları, habelə Borçalı, Qazax, Şəmsəddil və Tabasaran sultanlıqları və Car-Balakən camaatlığı Rusiya imperiyası tərəfindən işğal edildi. Gəncə şəhərinin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. 1805-1806-cı illərdə Azərbaycanın Dərbənd, Qarabağ və Quba xanlıqları Rusiyaya ilhaq edildi.
Finlandiyanın ərazi quruluşu
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Departament (inzibati-ərazi vahidi)
Departament (fr. département, isp. departamento) — bir sıra ölkələrdə inzibati-ərazi vahidi 1, 2 və ya 3 dərəcələrindədir. İlk dəfə Böyük Fransa inqilabı dövründə Fransanın departamentlərə bölünməsi ilə başlandı. Bu müddəanın inzibati vahidləri təyin etmək üçün əsasən əvvəlcədən Fransanın və ya İspaniyanın, eləcə də rəsmi dilin fransız və ya ispan olduğu ölkələrdə istifadə edilir.
Finlandiyanın inzibati-ərazi bölgüsü
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Hindistanın inzibati-ərazi bölgüsü
Hindistan Konstitusiyasına əsasən inzibati cəhətdən Hindistan Respublikası 29 ştat və 7 ittifaq bölgəsindən ibarətdir. İttifaq bölgələri bunlardır: Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqar Haveli, Daman və Diu, Dehli, Lakşadvip, Pondiçeri. Hindistаn ştаtlаrı А, B, C kimi üç böyük qrupdа təsnifаtlаndırılmışdır. A tipli ştatlar (Assam, Qərbi Benqal, Bihar, Bombey, Madhya Pradeş, Madras, Orissa, Pəncab və Uttar-Pradeş) öz seçkili parlamentləri və müstəqil formalaşmış idarəetmə orqanları fəaliyyət göstərir. B tipli ştatları (Haydarabad, Sauraştra, Maysur, Travankar-Koçin, Madhya-Bharat, Vindhya-Pradeş, Patiali və Şərqi Pəncab ittifaq ştatları, eləcə də Racəstan) nominal monarx sayılan racapramukhamilər idarə edir. C tipli ştatları (Dehli, Kuth, Himaçal-Pradeş, Bilaspur, Kurq, Bhopal, Manipur, Acmer və Tripura) idarə etmək üçün mərkəzi hökumət tərəfindən komissarlar təyin olunur. Cammu və Kəşmir isə xüsusi ərazilər elan olunmuşdur. Müasir dövrdə Hindistanda 29 ştat və 7 ərazi (6 ittifaq ərazisi, 1 paytaxt dairəsi) mövcuddur. Hər bir ştat dairələrə ayrılır. Bu ölkədə 642 inzibati dairə vardır.
Kommuna (inzibati-ərazi vahidi)
Kommuna — bəzi ölkələrdə inzibati-ərazi vahidinin adı. Aşağıdakı ölkələrdə inzibati-ərazi vahidi kimi mövcuddur: İtaliya Fransa İsveçrə Belçika Niderland Rumıniya Moldova Norveç Finlandiya Kommuna (icma) — insanların mülkiyyətin ümumiləşdirilməsi və ümumi əməyi əsasında qurulan birgə yaşayışı. Kommunal hərəkatı — özü-özünü idarə edən orta əsr şəhər-respublikaları. Bakı kommunası — 1918-ci il aprel-may aylarında Bakı quberniyasının bir hissəsində mövcud olan hökumətin adı. Paris Kommunası — 1871-ci ildə Parisin inqilabi hökuməti.
Çexiyanın inzibati-ərazi bölgüsü
Çexiya inzibati-ərazi bölgüsü baxımından 14 inzibati vahiddən: 13 diyardan və 1 diyar statuslu şəhərdən ibarətdir.
İrəvanın inzibati ərazi bölgüsü
Ermənistanın paytaxtı olan İrəvan şəhəri 12 inzibati rayona (dairə), onlar da öz növbəsində məhəllələrə (rayonlara) bölünür. İrəvanın 12 rayonunun ümumi sahəsi 223 kv. metkilor (86 kvadrat mil) qədərdir. Albert Parsadanyan. Intelligence Warehouse-2. Yerevan, VMV-Print, 2005, p. 150–152. Կամսար Ավետիսյան. ՀԱՅՐԵՆԱԳԻՏԱԿԱՆ ԷՏՅՈՒԴՆԵՐ — ԵՐԵՎԱՆԻ ՄԻԿՐՈՏՈՊՈՆԻՄԻԿԱՆ. Երևան, "Սովետական գրող" հրատարակչություն, 1979 Կամսար Ավետիսյան.
Böyük Britaniyanın inzibati-ərazi bölgüsü
Böyük Britaniya 4 inzibati-siyasi ərazidən ibarətdir (tarixi vilayətlərdən): İngiltərə (39 qraflıq, 6 metropolit qraflıqları və Böyük London), Uels (9 qraflıq, 3 şəhər, və 10 şəhər-qraflıq), Şotlandiya (32 vilayət), Şimali İrlandiya (26 rayon).
Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Rusiya Federasiyasının inzibati-ərazi bölgüsü
Rusiya inzibati cəhətdən onun tərkibinə 21 respublika, 1 muxtar vilayət, 9 diyar, 10 milli mahal, 46 vilayət, 2 federal əhəmiyyətli şəhərlər - Moskva və Sankt-Peterburq daxildir. Ümumiyyətlə Rusiya federativ respublikadır. Burada həmçinin 85-dən çox qoruq, 25 milli park vardır. Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur. Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhatə edir. 2014-cü ilin məlumatına əsasən, Rusiya Federasiyasına 85 subyekt daxildir: 22 respublika, 9 diyar, 46 vilayət, 4 muxtar dairə və 1 muxtar vilayət vardır. Moskva, Sankt-Peterburq və Sevastopol federal əhəmiyyətə malik şəhərlər, yəni Rusiya Federasiyasının ayrı-ayrı subyektləridir.
Səfəvilər dövründə inzibati-ərazi vahidləri
Səfəvilər dövlətinin inzibati ərazi vahidləri — Səfəvilər dövlətinin inzibati ərazi bölgüsü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı.
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Asılı ərazi
Asılı ərazi, asılı sahə və ya asılılıq — suveren bir dövlət olaraq tam siyasi müstəqillik və ya suverenliyə sahib olmayan, ancaq siyasi olaraq onu idarə edən dövlətin inteqral ərazindən kənarda olan ərazi.
Federal Ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Məsqət ərazi
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.
Tarixi ərazi
Tarixi ərazi və ya miras bölgəsi, tarixi və ya memarlıq səbəbiylə dəyərli sayılan köhnə tikililərin olduğu şəhərin bir hissəsidir. Tarixi rayonlar şəhərin mərkəzi ola da bilər, olmaya da bilər. Tarixi ərazilər ticarət rayonları, inzibati rayon və ya sənət rayonları ilə əlaqəli ola bilər və ya bunların hamısından ayrı ola bilərlər. Kanadada bu cür rayonlara "miras qoruma bölgələri" və ya "miras qorunma bölgələri" deyilir və əyalət qanunvericiliyi ilə tənzimlənir. Amerika Birləşmiş Ştatlarının bir çox yurisdiksiyasında təyin edilmiş tarixi rayonları müəyyən edən və qoruyan xüsusi qanunvericilik var. "Tarixi rayon" termini Birləşmiş Krallıqda istifadə edilmir. Ekvivalent şəhər əraziləri Qoruma Sahələri kimi tanınır. İran İrs və Turizm Təşkilatı dəyərli tarixi abidələri və ərazilərinə görə bir neçə şəhər seçmişdir. Baft-e Tarixi (fars dilində: بافت تاریخی və ya tarixi toxuması) bu bölgələrin adlandırıldığı bir addır. Nayin, İsfahan və Yəzd tarixi rayonları olan İran şəhərlərinə nümunədir.
Urbanizasiyalaşmış ərazi
Urbanizasiyalaşmış ərazi, urbanizasiyalaşmış sahə, urbanizasiyalaşmış region, şəhər sahəsi, şəhər aqlomerasiyası, şəhər regionu, şəhər bölgəsi, urbanizasiyalaşmış şəhər regionu, kütləvi yaşayış sahəsi, kütləvi yaşayış məntəqəsi və ya metropoliya ərazisi əhalinin yüksək sıxlığı və strukturlaşdırılmış infrastrukturu olan bir yaşayış yeridir. Şəhər əraziləri urbanizasiya yolu ilə yaradılır və şəhər morfologiyası ilə şəhərlər, qəsəbələr, konurbanizasiya və ya şəhərətrafı zonalar kimi təsnif edilir.
Xələfbəyli (ərazi)
Xələfbəyli qışlağı — Qaradağ vilayətinin Kərmədüz mahalının ərazisində yerləşir. İran şahının vəliəhdi Abbas mirzə naibəssəltənə Mehdiqulu xan Cavanşirin küşikçibaşısı Xələf bəy Yağləvəndli-Cavanşirə yurd yeri vermişdi. 1828-ci ildə Xələf bəy Qarabağa dönəndən sonra bu yurdda Hacıəlili elinin Gəncəli oymağı yerləşdi. Aslanduz-Xumarlı yolunun sağ tərəfində qərar tutur.
Şott (ərazi)
Şimal-qərbi Afrikada, dibində duz qatı olan qapalı çökəklik. Şott gur yağışlarda şor gölə çevrilir. Ən geniş Şottlar Böyük səhranın şimal-qərb sərhədi boyunda və Atlas dağlarındadır.
Ştiriya (ərazi)
Ştiriya — Avstriyanın federal əyaləti. Ştiriyanın inzibati mərkəzi Qrasdır. Ştiriya Avstriyanın Sloveniya ilə həmsərhəd olan federal əyalətidir və o, orta əsr qalalarının çoxluğuna və "Göllər şəhəri"Zaltskammerguta görə məşhurdur. Antik qalalar və monastrlar əyalətin ərazisi boyu səpələnmişdir. Burada got kilsəsi ilə ən böyük barokko qəsri Rigersburg, cəngavər zalı və orta əsr silahlarının kolleksiyası , Renesans dövrü qalası Herbershtajn (XIII–XVII əsrlər) Siah-yaraq müzeyi və ailə portretləri zalı;ziyarət kilsəsi Mariatsell(1157) , gümüş mehrablı kiçik kilsə (1727) və XIII əsrin möcüzəvi heykəli Nojburg-an-der-Mjurtsdakı keçmiş Sistersian abbatlığı , Foreydəki Avqust monastrı (11630) Reyndə ən qədim Avstriya Sisterian monastrı (1129), və ya Gessdəki Benedikt monastrı (1000) və digər tarixi və memarlıq abidələri vardır.
Ərazi bütövlüyü
Ərazi bütövlüyü — dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Son zamanlar bu prinsiplə BMT Nizamanməsinin 73 (b) maddəsində qeyd olunmuş və "özünüidarəni inkişaf etdirmək, həmin xalqların siyasi səylərini lazımi qaydada nəzərə almaq və hər bir əraziyə və onun xalqlarına xas olan spesifik hallara və müxtəlif inkişaf səviyyələrinə uyğun olaraq, onlann azad siyasi institutlarının mütərəqqi inkişafına kömək etmək" kimi məqsədləri özündə ehtiva edən humanitar müdaxilə konsepsiyası arasında gərginlik yaranmışdır. Məlum olduğu kimi, tarixən müəyyən bir əraziyə iddia edən siyasi qurumlar olmuşdur. Bu ərazilərə sahiblənmək çox vaxt müharibə hesabına olurdu və adətən döyüşlə nəticələnirdi. Bəzən də eyni ərazidə mövcud bir neçə ali hakimiyyət qüvvəsi bir-biri ilə müharibə vəziyyətində olurdu. Qədim və orta əsrlərdə zadəganlar hələ də eyni kralı və ya imperatoru qəbul etsələr də, vətəndaş müharibələri baş verirdi. Məsələn, qədim Çində Şərqi Çjou sülaləsinin formal olaraq hakimiyyətdə olduğu dövrü əhatə edən Çunçyu dövrünü nümunə göstərmək olar. Eləcə də katolik monarxları eyni Papanın dini hakimiyyətini tanısalar da, tez-tez bir-biriləri ilə mübarizə aparırdılar.
Ərazi mübahisələri
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
Ərazi mübahisəsi
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.